Müştəri hüquqları

Favorit marketlərin istənilən filialından, rəfdən götürdüyünüz məhsulun qarşısında barkodu və adı düzgün qeyd olunmaq şərtilə, qeyd olunan qiymət, kassadan baha və ya ucuz keçərsə, həmin məhsulu ucuz olan qiymətə ala bilərsiniz!

Marketlərimizdən alış-veriş zamanı, seçdiyiniz məhsulun istifadə müddətinin keçmiş olduğunu aşkarlasanız, dərhal market müdiriyyətinə yaxınlaşın və həmin məhsulu ona təqdim edin.

Məhsulun istifadə müddətinin keçmiş olduğu təsdiqlənərsə, həmin məhsuldan yenisi  sizə hədiyyə olunacaq.

Marketimizdə istənilən mağaza işçilərindən, sizinlə kobud danışarsa, nəzakətli davranmazsa və ya vəzifə borclarını layiqincə yerinə yetirməzsə həmin işçi haqqında şikayət etmək imkanınız vardır. Şikayətlərinizlə bağlı *4848 nömrəsinə müraciət etməyiniz xahiş olunur.

İstənilən şikayət, irad, sual və ya təkliflərinizə, operativ cavab verilməsi üçün, *4848 nömrəsinə zəng etməyiniz xahiş olunur.