Bonus Kartı «KARTIM»

«Favorit» supermarketlər şəbəkəsində bonus sistemi fəaliyyət göstərir. İndi siz təkcə alış-veriş etmirsiniz, həmçinin alış-verişiniz üçün bonuslar qazanırsınız. «Favorit» marketlərində 10 Azn-dən yuxarı alış-veriş etməklə kartınıza bonuslar yüklənəcəkdir. Hər 10 Azn-ə 20 bonus, hər 20 azn-ə isə 40 bonus və s. qazanacaqsınız. Beləliklə siz, «Favorit» marketdə daha çox alış-veriş etməklə daha çox bonus qazanacaqsınız.

  Bonuslar nədir?

Bonuslar – sizin marketdə alış-veriş etdiyiniz və marketin xidmətlərindən yararlandığınız zaman kartınıza yüklənmiş olan xallardır. Yığılmış bonusları siz kataloqlarda olan hədiyyələrə dəyişə bilərsiniz. Bu kartın sahibləri bonuslarını müxtəlif hədiyyələrə dəyişə bilər. Nə qədər çox bonus olarsa, bir o qədər çox seçim mövcud olacaqdır.

  Kartda nə qədər bonus yığıldığını necə öyrənmək olar?

«KARTIM» bonus kartını «Favorit» marketlər şəbəkəsində müştəri xidmətlərinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edərək, qeydiyyatdan keçməklə əldə edə bilərsiniz. Qeydiyyatdan dərhal sonra sizin kartınızda hər alış-verişdən qazanılan bonus hesabı yaranacaqdır. Kart pulsuzdur və kredit kartı deyil. Bütün «Favorit» market müştərilərinə verilir. Hər ödəniş etdiyiniz zaman kartı da təqdim edin. Hər ödənişdən sonra yüklənən bonusları yığın.

  Qeyd:

Bonus kartını 18 yaşına çatmış bütün fiziki şəxslər əldə etmə hüququna sahibdir.

  Bu kartın üstünlükləri nədir?

- Hər alış-verişdən bonus qazanma imkanı

- Daha çox alış-veriş, daha çox bonus

- Alış-veriş edib bonus qazanaraq sizə özəl olaraq edilən təkliflərən yararlana bilərsiniz

- Ailənizdə bir neçə bonus kartı mövcuddursa kartlar içində olan bonusları hesablatdırıb hədiyyə ala bilərsiniz. Bir ailədə 2-5 ədəd bonus kartı ola bilər

- Siz uzun müddət kartı istifadə etməsəniz də kart aktivliyini itirmir

  Hədiyyəni necə əldə etmək olar?

Hədiyyəni əldə etmək üçün siz şəxsiyyətinizi təsdiq edən sənəd və bonus kartınız ilə birgə «Favorit» marketin müştəri xidmətlərinə yaxınlaşırsınız və bonusunuza uyğun hədiyyəni seçirsiniz.

  Qeyd:

Qazandığınız hədiyyəni 3 gün ərzində dəyişə bilərsiniz.

Bonus proqramı sayəsində artıq alış-veriş etmək çox asan və daha sərfəlidir. Gündəlik həyatınız və işiniz üçün önəmli olanları alın və buna uyğun olaraq bonuslar qazanın.